Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn iki hissəyə bölünür, biologiyanın əsas istiqamətlərindən olan təkamül və ekologiyanın nəzəri və praktik aspektlərini əhatə edir: Təkamül hissəsi həyatın mənşəyi, canlıların tarixi inkişafı, təkamül nəzəriyyələri və mexanizmləri, populyasiya genetikası, növlərin əmələ gəlməsi və bioloji müxtəlifliyin formalaşması mövzularını əhatə edir. Tələbələr canlıların dəyişmə və uyğunlaşma qanunauyğunluqlarını dərk edir, təkamül proseslərini elmi əsaslarla izah etməyi öyrənirlər. Ekologiya hissəsi isə ekosistemlərin quruluşu və fəaliyyəti, enerji axını və maddələrin dövranı, populyasiya və biotik icmaların qarşılıqlı təsiri, biosferin qanunları, eləcə də qlobal ekoloji problemləri öyrədir. Bu hissə tələbələrdə ekoloji düşüncə, təbiətə məsuliyyətli yanaşma və ekoloji prosesləri təhlil etmə bacarığını formalaşdırır.