Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn tarixin tədrisi texnologiyasının predmetini müəyyən edir, tarixin tədrisinə verilən müasir tələbləri, eləcə də Azərbaycan tarixi və ümumi tarix fənn kurikulumlarını təhlil edir. Müxtəlif təhsil şəraitlərində tədris prosesinə və öyrənməyə müasir yanaşmaları araşdırır. Mövzulara tələbə mərkəzli öyrənmə, diferensiallaşdırılmış təlim, əməkdaşlıq əsasında öyrənmə, texnologiya inteqrasiyası, qiymətləndirmə strategiyaları və inklüziv təhsil təcrübələri daxildir. Fənnin tədrisi prosesində öyrənənlərin fəallığını, motivasiyanı artırmaq və nailiyyətlərini ölçmək üçün müxtəlif metodların araşdırılmasına diqqət yetirilir. Keys tədqiqatları, praktik tətbiqlər və əksetdirici təcrübələr vasitəsilə effektiv dərs planlarını tərtib etmək, innovativ tədris üsullarını tətbiq etmək və öyərənənlərin müxtəlif ehtiyaclarını ödəmək üçün strategiyaları uyğunlaşdırmaq bacarıqları inkişaf etdirilir.