Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn su ehtiyatlarının idarə olunmasının elmi və praktik əsaslarını öyrədir. Su dövranı, su resurslarının bölgələr üzrə paylanması, onların sosial-iqtisadi əhəmiyyəti və səmərəli istifadəsi məsələləri təhlil edilir. İnteqrasiya olunmuş idarəetmə yanaşmaları çərçivəsində əhali, kənd təsərrüfatı və sənaye üçün su təminatı, su ekosistemlərinin qorunması və regional əməkdaşlıq modelləri, təbii fəlakətlər (zəlzələ, daşqın, torpaq sürüşməsi, vulkanik fəaliyyət və iqlim dəyişmələri) fənnin əsas mövzularına daxildir. Fənnin məqsədi tələbələrə su ehtiyatlarının inteqrasiya olunmuş idarə olunması, təbii fəlakətlərin təsirlərinin azaldılması sahəsində bilik və bacarıqlar qazandırmaqdır Bu çərçivədə fəlakətlərin yaranma mexanizmləri, onların proqnozlaşdırılması, təsirlərinin qiymətləndirilməsi və risklərin azaldılması strategiyaları müzakirə olunur.