Fənnin təsviri
Bu fənn qədim dövrlərdən XX əsrə qədər Şərq xalqlarının tarixi inkişafını öyrənir, Yaxın və Orta Şərq, Cənubi Asiya və Orta Asiya xalqlarının dövlət qurumları, ictimai münasibətləri, dini-mədəni xüsusiyyətləri və beynəlxalq əlaqələrini araşdırır. Erkən sivilizasiyalar – Şumer, Akkad, Babil, Assuriya, Misir, eləcə də Hindistan və Çinin qədim dövlətləri, islamın yaranması, Ərəb xilafəti, türkdilli dövlətlərin meydana çıxması, Monqol imperiyası və onun Şərq xalqlarına təsiri kursun əsas mövzularındandır. Fənn çərçivəsində Orta əsrlərdə Səlcuqlar, Xarəzmşahlar, Teymurilər, Osmanlı imperiyası, Səfəvilərlə münasibətlər və digər regional güclər arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr geniş şəkildə öyrənilir, Yeni dövrdə Qərb-Şərq münasibətləri, kolonializm və Şərq xalqlarının müstəqillik uğrunda mübarizəsi, XIX–XX əsrlərdə milli dövlətlərin formalaşması, o cümlədən Türkiyə, İran, Orta Asiya və Yaxın Şərq ölkələrinin müasir tarixinin əsas istiqamətləri təhlil olunur. Bu fənn tələbələrə Şərq xalqlarının tarixi inkişafını ümumbəşəri tarixi proseslərin tərkib hissəsi kimi qiymətləndirməyi, müxtəlif mədəniyyətlər arasında əlaqələri və qarşılıqlı təsirləri anlamağı öyrədir, Azərbaycan tarixini daha geniş regional və sivilizasiya kontekstində görməyə imkan yaradır.