Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu blok xəstəlik mexanizmlərini təqdim edir, əsas diqqət hüceyrə və toxuma səviyyəsində baş verən patoloji dəyişikliklərə, həmçinin infeksiya, iltihab, immun cavab və neoplastik proseslərin əsas prinsiplərinə yönəldilir. Sağlamlıqdan xəstəliyə keçid elmi əsaslarla izah olunur, eyni zamanda laborator analiz, klinik müşahidə və sübuta əsaslanan qərarvermə bacarıqları inkişaf etdirilir. Xəstəliklərin profilaktikası və idarə olunması üçün ilkin tibbi yardım və icma yönümlü yanaşmalar xüsusi vurğulanır. Məzmun Patologiya, tibbi mikrobiologiya və immunologiya, tibbi biokimya, hematologiya, ictimai səhiyyə və normal fiziologiya fənləri üzrə bilik və bacarıqların inteqrasiyasını təmin edir.