Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn riyaziyyatın ümumi orta təhsil sistemində əhəmiyyətini, onun öyrənilməsinin psixoloji və pedaqoji əsaslarını, həmçinin tətbiq sahələrini aydınlaşdırır. Fənn gələcək riyaziyyat müəllimlərinin peşəkar fəaliyyətinin elmi-metodik bazasını formalaşdırır, şagirdlərin yaş və idrak xüsusiyyətlərini nəzərə almaqla tədris materialını planlaşdırmaq, təqdim etmək və qiymətləndirmək bacarıqlarını inkişaf etdirir. Burada həm ənənəvi, həm də müasir təlim metodları öyrədilir, müxtəlif məzmun xətləri – ədədlər və əməliyyatlar, cəbr və analiz, həndəsə və ehtimal nəzəriyyəsi üzrə mövzuların tədrisində metodik yanaşmalar müzakirə olunur. Tələbələr pedaqoji praktikaya hazırlanır, dərsin məqsəd və vəzifələrini müəyyənləşdirmək, təlimin məzmununu qurmaq, şagirdlərdə tənqidi düşüncə və müstəqil fəaliyyət bacarıqlarını inkişaf etdirmək üçün zəruri bilik və bacarıqlara yiyələnirlər.