Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn gələcəyin müəllimlərini həm orta məktəbdə riyaziyyatın tədrisi üçün, həm də Ali riyaziyyatın başqa sahələrini öyrənməsi üçün əsas anlayışlarla tanış edir. Orta məktəbdə tədris olunan ədədi ardıcıllıq və funksiya anlayışlarıı Riayazi analiz-1 kursunda nəzəri olaraq əsaslandırırlır, daha dərindən və geniş şəkildə tədris edilir. Fənn çərçivəsində məhdud və qeyri-məhdud, monoton, sonsuz kiçik və sonsuz böyük ardıcıllıq, ardıcıllığın limiti, funksiya anlayışı, funksiyanın limiti, kəsilməzlik, birtərəfli limitlər və s. nəzəri anlayışlar fundamental şəkildə öyrənilir və bunları praktiki məsələlərin həllinə tətbiq etmək bacarığı formalaşdırılır.