Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn qədim dünyanın siyasi, iqtisadi, sosial və mədəni inkişaf mərhələlərini sistemli şəkildə öyrədir. Fənn qədim sivilizasiyalarının və dövlətlərinin yaranması, idarəetmə formaları, dini inancları və elmi-mədəni nailiyyətləri ilə tanışlıqdan başlayır. +Tələbələr qədim xalqların qarşılıqlı əlaqələrini, müharibə və ticarət münasibətlərinin dünya sivilizasiyasına təsirini təhlil edirlər. Kurs həmçinin qədim mədəniyyətlərin müasir sivilizasiyanın formalaşmasındakı rolunu və ümumbəşəri dəyərlərin köklərini araşdırır. Fənnin məqsədi tələbələrdə qədim dövrə dair elmi baxış formalaşdırmaq, tarixi faktları mənbələr əsasında təhlil etmək və hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək bacarığını inkişaf etdirməkdir.