Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin tipi
Elective - Block 5
Fənnin təsviri
Bu fənn gələcək müəllimlərə (xüsusilə də sinif rəhbərlərinə) düzgün ünsiyyət bacarıqlarının, idarəetmə və işbirliyinin artırılmasında, şagirdləri yaxından tanımaq və onları düzgün yönləndirmək istiqamətində bir çox bacarıqlar qazandırır. Fənnin tədrisi prosesində gələcəyin müəllimi problem həll etmək, mentorluq etmək, şagirdini tanımaq, onun özünü tanımasına dəstək olmaq, şagirdini anlamaq və onunla ünsiyyət qurmaq, dərsdəki öyrənmə çətinliklərinin qarşısını almaq, bu məqsədlə individual öyrənmə metodlarını tətbiq etmək kimi əhəmiyyətli mövzularda zəruri biliklərə yiyələnir, peşəkar dəstək vermək potensialına malik olur. Bu fənn müəllimin şagirdləri ilə işləməsini daha məhsuldar hala gətirməyə, eyni zamanda məktəb psixoloqu ilə yüksək effektli işbirliyinin qurulmasını təmin etməyə yönəlib.