Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn gələcək ibtidai sinif müəllimlərini ibtidai səviyyədə Azərbaycan dilini öyrətmək üçün əsas tədris strategiyaları və metodologiyaları ilə tanış edir. Fənnin tədrisi prosesində azyaşlılara Azərbaycan dilindən ünsiyyət prosesində istifadə bacarıqlarını, o cümlədən danışma, dinləmə, oxuma və yazma vərdişlərini aşılamaq üçün effektiv yanaşmalar nəzərdən keçirilir. Müasir tələblərə cavab verən tədris təcrübələrinə, dil nəzəriyyələrinin yaşa uyğun tədris metodikasına diqqət yetirilir. Bu fənn gələcək müəllimləri ibtidai sinif şagirdlərinin Azərbaycan dilində səlis danışıq qabiliyyətini və dilin imkanlarından istifadə səriştəsini inkişaf etdirmək üçün praktik fəaliyyətlərlə tanış edir, onlara müvafiq dərs planları hazırlamaq və qiymətləndirmə texnologiyalarını öyrənmək imkanı verir.