Qarabağ Universiteti xəbərləri

Date:
Tədbirlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi çərçivəsində növbəti seçim turu Qarabağ Universitetində keçirilib

Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi çərçivəsində növbəti seçim turu Qarabağ Universitetində keçirilib.

Seçim turunda iştirak edən 37 tələbə vokal (klassik və müasir bəstəkar mahnıları), bədii qiraət, rəqs və digər yaradıcı istiqamətlər üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, seçim mərhələlərinin nəticələrinə əsasən fərqlənən iştirakçılar Heydər Əliyev Sarayında keçiriləcək yekun mərhələdə çıxış etmək hüququ qazanacaq, qaliblər isə müvafiq mükafatlarla təltif olunacaqlar.

İncəsənət
Hazırkı tələbələr
Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.