Qarabağ Universiteti xəbərləri

Qarabağ Universiteti
Date:
Qəbul

Qarabağ Universitetinin müəlliminin iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi təsdiqlənib

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin müəllimi Elxan Qurbanlının iqtisad elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə rəsmi olaraq təsdiqlənib.

Elxan Qurbanlı "Korporativ qeybətin iş stresi və korporativ kommunikasiya üzərindəki təsirində strateji insan resurslarının idarə edilməsinin tənzimləyici rolu: Azərbaycan və Türkiyədə banklar üzərində müqayisəli sahə araşdırması" mövzusunda dissertasiya işini uğurla müdafiə edib.

Qarabağ Universiteti olaraq akademik kollektivimizin nailiyyətləri ilə qürur duyur və həmkarımızı səmimi-qəlbdən təbrik edirik!

Biznes və iqtisadiyyat
Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.