Qarabağ Universiteti xəbərləri

Qarabağ Universiteti
Date:

Xocalının ağrısı səhnədə: Qarabağ Universitetinin tələbələrindən anım günü tamaşası

Qarabağ Universitetinin Tələbələrlə iş mərkəzinin dəstəyi və dram dərnəyinin təşkilatçılığı ilə Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əsas məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anmaq, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və milli yaddaşın qorunmasına töhfə vermək olub.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin Tələbələrlə iş mərkəzinin əməkdaşı Gəray Zeynallı Xocalı faciəsinin tarixi-siyasi mahiyyəti, onun beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, həmçinin milli yaddaşın qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti barədə danışıb. Anım mərasimi çərçivəsində faciənin nəticələri və xalqımızın yaddaşında buraxdığı dərin izlər haqqında məlumat verilib.

Daha sonra bədii hissə ilə davam edən tədbirdə Qarabağ Universitetinin dram dərnəyinin üzvləri tərəfindən “Səninlə fəxr edirəm” adlı dramatik novella təqdim olunub. Səhnə əsərində Xocalı faciəsinin ağrıları, insan taleləri, vətən sevgisi və milli qürur motivləri canlandırılıb.

Eyni zamanda təqdimat xalqımızın sarsılmaz iradəsini, ədalətin bərpasına olan inamını və tarixi Zəfərimizin doğurduğu qürur hissini ifadə edərək, şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu nümayiş etdirib.

Tələbələrin səhnə ifası iştirakçılar tərəfindən böyük maraq və həssaslıqla qarşılanıb.

Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.