Qarabağ Universiteti xəbərləri

Qarabağ Universiteti
Date:

Qarabağ Universitetinin tələbəsi Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində qrant müsabiqəsinin qalibi oldu

Qarabağ Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin Tarix ixtisası üzrə II kurs tələbəsi, Azıx arxeoloji araşdırma və analiz laboratoriyasının laborantı, Azərbaycan-Almaniya Azıx beynəlxalq paleolit ekspedisiyasının üzvü İlkin Rzayev Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində qrant müsabiqəsinin qaliblərindən biri olub.

Təqdim olunan “Paleo-Qarabağ” layihəsi, Azıx beynəlxalq paleolit ekspedisiyasının həmrəhbərləri Ə. Babazadə və J. Marreiros mentorluğunda Qarabağ regionunun Paleolit dövrü arxeoloji abidələrinin müasir rəqəmsal texnologiyalar vasitəsilə sənədləşdirilməsi və qorunmasını strateqiyasının hazırlanmasını həyata keçirəcək. Layihə çərçivəsində 3D modelləşdirmə və QGIS əsaslı məkan analizi tətbiq edilərək abidələrin virtual mühitdə yenidən qurulmasını və sistemli şəkildə xəritələşdirilməsini planlamaqdadır.

Layihəninin məqsədi yalnız mövcud abidələrin rəqəmsal bazalarda modellərinin yaradılması deyil, eyni zamanda yeni potensial arxeoloji abidələrin ilkin identifikasiyası, elmi məlumat bazasının yaradılması və Qarabağın Paleolit irsinin beynəlxalq elmi bazalarında referans olaraq yer almasına tövsiyə verməkdir.

Qeyd edək ki, Azərbaycan-Almaniya Azıx beynəlxalq paleolit ekspedisiyası, AMEA Arxeologiya və Antropologiya İnsititutu ilə LEİZA (Leibniz-Zentrum für Archäologie) İnsitutu arasında bağlanmış memorandum əsasında 2024-ci ildən etibarən Azıx mağarasında tədqiqatlar aparmaqdadır. AMİP Azərbaycan gəncliyinin liderlik bacarıqlarını inkişaf etdirməyi və elmi, sosial təsir yaradan layihələri dəstəkləməyi hədəfləyən inkişaf proqramıdır.

Hazırkı tələbələr
Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.