Qarabağ Universiteti xəbərləri

Qarabağ Universiteti
Date:

Tələbələrə Azərbaycan dilinin qorunması və düzgün tətbiqi üzrə praktiki biliklər təqdim olundu

Qarabağ Universitetində  “Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqi məsələləri” mövzusunda tədbir keçirilib

21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə Qarabağ Universitetində  “Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqi məsələləri” mövzusunda tədbir keçirilib. 

Pedaqoji fakültənin Filologiya kafedrasının təşkilatçılığı ilə keçirilən tədbiri fakültə dekanı Kəklik Gözəlova açıb. Daha sonra sözü tədbirin qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyevaya verib. O, təqdimatında çağdaş mühitdə ana dilinin saflığının qorunması üçün görülən işlərdən, Azərbaycan dilinin düzğün tətbiqi ilə bağlı həyata keçirilən tədbirlərdən söhbət açıb. Tələbələrin və digər tədbir iştirakçılarının ona ünvanladığı sualları cavablandırıb. 

Qarabağ Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov çıxış edərək qonağa maraqlı təqdimata görə təşəkkürünü bildirib, təşkil olunan tədbirin son dərəcə aktual mövzuya həsr olduğunu bildirib. O qeyd edib ki, gənc nəslə ana dilinin saflığının qorunması və düzgün tətbiqinin həyata keçirilməsi istiqamətində aparılan təbliğat işlərinin əhəmiyyəti böyükdür.

Daha sonra Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri Əzizağa Nəcəfzadə və digərləri də məruzə ətrafında çıxış ediblər. 

Tədbirin sonunda professor Sevinc Əliyeva müəllifi və redaktoru olduğu kitabları universitetin kitabxanasına bağışlayıb.  

Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir universitetin Filologiya kafedrasında Pedaqoji fakültənin professor-müəllim heyətinin iştirak etdiyi dəyirmi masa ilə davam edib.

Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.