Qarabağ Universiteti xəbərləri

Qarabağ Universiteti
Date:

Yunus Emre İnstitutu ilə birgə tədbirlər həyata keçiriləcək

Yunus Emre İnstitutunun Bakı koordinatoru Gökhan Seyhan Qarabağ Universitetinə tanışlıq səfəri edib.

Səfər çərçivəsində Gökhan Seyhan Qarabağ Universitetinin rektoru Şahin Bayramov ilə görüşüb.

Görüş zamanı tərəflər qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini və potensial birgə layihələrin reallaşdırılması imkanlarını ətraflı müzakirə ediblər.

Bu istiqamətdə ortaq konfransların, seminar və ustad dərslərinin təşkili, mübadilə proqramlarının həyata keçirilməsi, eləcə də müxtəlif mədəni tədbirlərin keçirilməsi məsələləri nəzərdən keçirilib

Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.