Qarabağ Universiteti xəbərləri

Date:

Sillabuslar və fənn təlim nəticələri daha effektiv üsullarla hazırlanacaq

Qarabağ Universitetində akademik heyətin metodiki bacarıqlarının artırılması və tədrisin keyfiyyətinin müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Bu istiqamətdə 9 fevral tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinin Təhsildə tətbiqi tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı tərəfindən “Sillabusların və fənn təlim nəticələrinin hazırlanması” mövzusunda seminar keçirilib.

Vorkşop formatında təşkil olunan seminarda fənn təlim nəticələrinin yazılması, fənn təlim nəticələri ilə proqram təlim nəticələri arasında əlaqənin qurulması, fənn təlim nəticələrinə çatmaq üçün lazımi iş yükünün və AKTS kreditlərinin hesablanması, fənn sillabusunun hazırlanması mövzuları üzrə təcrübə mübadiləsi aparılıb.

Seminarın praktiki hissəsində iştirakçılar qrup işləri və interaktiv tapşırıqlar vasitəsilə əldə etdikləri bilikləri real tədris ssenarilərinə tətbiq ediblər. Tədbir iştirakçıların mövzu ilə bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.

Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.