Qarabağ Universiteti xəbərləri

Qarabağ Universiteti
Date:

Mühəndislik fakültəsinin tələbələri üçün təqaüdlü İT proqramı imkanı

Qarabağ Universiteti ilə Holberton School Azerbaijan arasında əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş görüş keçirilib. 

Görüş çərçivəsində tələbələrin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının gücləndirilməsi, praktiki təcrübə imkanlarının genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Qarabağ Universiteti üçün İT istiqaməti prioritet sahələrdən biri olmaqla, tələbələrin innovativ bacarıqlarının inkişafı və müasir texnoloji mühitə inteqrasiyası əsas məqsədlər sırasındadır. Bu baxımdan, “Holberton School Azerbaijan” ilə mümkün əməkdaşlıq perspektivləri xüsusi əhəmiyyət daşıyır.

Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.