Qarabağ Universitetinin müəllimi Scopus indeksli kitabda həmmüəllif kimi yer alıb
Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elxan Qurbanlı 2025-ci ildə Akademisyen Kitabevi tərəfindən nəşr olunan “Stratejik Yönetim” adlı kitabda həmmüəllif kimi iştirak edib.
Scopus və TR Dizin indeksli nəşriyyat çərçivəsində çap olunan kitabda E.Qurbanlının müəllifliyi ilə iki elmi bölmə təqdim olunub. Həmin bölmələrdə strateji idarəetmə, strateji nəzarət, eləcə də tədqiqat və inkişaf (Ar-Ge) fəaliyyətlərinin təşkilati performansın yüksəldilməsi və uzunmüddətli rəqabət üstünlüyünün formalaşdırılmasındakı rolu nəzəri və konseptual aspektdən təhlil edilib.
Qeyd edək ki, Qarabağ Universitetində tədqiqat fəaliyyətinin inkişafına, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinə və müəllimlərin beynəlxalq indeksli elmi nəşrlərdə iştirakına xüsusi önəm verilir.