Qarabağ Universitetinin komandası ICPC-də 20 pillə irəlilədi
15–18 dekabr 2025-ci il tarixlərində Qarabağ Universitetinin “Karabakh U:1” komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən 50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında uğurla iştirak edib.
Mühəndislik fakültəsinin müəllimi Elçin Quliyevin rəhbərlik etdiyi “Karabakh U:1” komandasında “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs tələbələr - Məhəmməd Həsənov, Elnur Məmmədov və Cahangir Məmmədov təmsil olunub.
Komanda 2024-cü ilin nəticələri ilə müqayisədə əhəmiyyətli dərəcədə irəliləyərək 54-cü pillədən 34-cü pilləyə yüksəlib.
Qeyd edək ki, yarımfinalda ümumilikdə 300-dən artıq, Cənubi Qafqaz Açıq Çempionatında isə 60-a yaxın komanda mübarizə aparıb.