Fənnin tədris edildiyi dil
English
Fənnin tipi
Elective - Block 4
Fənnin təsviri
Bu fənn müxtəlif təhsil şəraitlərində tədris prosesinə və öyrənməyə müasir yanaşmaları araşdırır. Mövzulara tələbə mərkəzli öyrənmə, diferensiallaşdırılmış təlim, əməkdaşlıq əsasında öyrənmə, texnologiya inteqrasiyası, qiymətləndirmə strategiyaları və inklüziv təhsil təcrübələri daxildir. Fənnin tədrisi prosesində öyrənənlərin fəallığını, motivasiyanı artırmaq və nailiyyətlərini ölçmək üçün sübuta əsaslanan metodların araşdırılmasına diqqət yetirilir. Keys tədqiqatları, praktik tətbiqlər və əksetdirici təcrübələr vasitəsilə effektiv dərs planlarını tərtib etmək, innovativ tədris üsullarını tətbiq etmək və öyərənənlərin müxtəlif ehtiyaclarını ödəmək üçün strategiyaları uyğunlaşdırmaq bacarıqları inkişaf etdirilir. Bu fənn gələcəyin pedaqoqlarını müxtəlif mühitlərdə fəal öyrənməyə kömək edən və təhsil məqsədlərini dəstəkləyən müasir tədris strategiyalarından istifadə etmək üçün bilik və bacarıqlarla təchiz edir.