Tibb və sağlamlıq elmləri fakültəsi

Qarabağ Universiteti xəbərləri

Date:
Tədbirlər

Qarabağ Universitetində “Gələcəyin Həkimləri üçün İngilis Dili” sessiyası təşkil olunub

Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzi tərəfindən təşkil olunan Conversation Club çərçivəsində “Gələcəyin Həkimləri üçün İngilis Dili” adlı sessiya keçirilib.

Sessiyanın məqsədi tələbələrin tibbi ünsiyyət bacarıqlarının inkişafına dəstək olmaq və onları beynəlxalq akademik mühitə hazırlamaq olub. Sessiya zamanı iştirakçılara tibbi kommunikasiya, peşəkar ingilis dilindən effektiv istifadə və beynəlxalq təhsil imkanları barədə məlumat verilib. İnteraktiv formatda təşkil olunan sessiyada real klinik və akademik situasiyaları əks etdirən müzakirələr və praktiki nümunələr təqdim olunub.

Sessiya Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı Dr. Samir Babayev tərəfindən keçirilib. O, çıxışında effektiv ünsiyyətin yalnız akademik tələb deyil, eyni zamanda klinik praktikada həkim–pasiyent münasibətlərinin əsas elementlərindən biri olduğunu vurğulayıb.

Bu kimi təşəbbüslər tələbələrin akademik və peşəkar inkişafına töhfə verərək onların beynəlxalq səhiyyə mühitinə inteqrasiyasına hazırlığını gücləndirir.

Tibb və sağlamlıq elmləri
Hazırkı tələbələr
Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.