Tibb və sağlamlıq elmləri fakültəsi

Qarabağ Universiteti xəbərləri

Date:
Xarici əlaqələr

QUTSEF komandası BIBAK2026 beynəlxalq konqresində iştirak edib

2026-cı il 26–28 mart tarixlərində Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin İcma Əsaslı Təhsil (CBE) komandası BIBAK2026 International Congress çərçivəsində Marmara University tərəfindən təşkil olunan beynəlxalq konqresdə iştirak edib.

Konqres çərçivəsində komanda “Qarabağ İcma Əsaslı Təhsil Modeli – Akademik Perspektiv” adlı workshop təqdim edib. Sessiyada modelin akademik əsasları, güclü tərəfləri və gələcək inkişaf istiqamətləri təqdim olunub, sahə üzrə mütəxəssislərlə müzakirələr aparılıb.

Təqdimatda xüsusilə multidisiplinar təhsilin əhəmiyyəti vurğulanıb. Tibb bacıları, həkimlər və digər səhiyyə mütəxəssislərinin inteqrasiya olunmuş təhsil modeli çərçivəsində birgə öyrənməsi, pasiyent yönümlü yanaşmanın gücləndirilməsi və səhiyyə sistemlərinin inkişafına verdiyi töhfə ön plana çıxarılıb.

Workshop iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Aktiv iştirak və çoxsaylı suallar səbəbindən sessiya planlaşdırılandan daha uzun davam edib və komanda gələcək əməkdaşlıqlar üçün dəvətlər alıb.

Bu beynəlxalq təcrübə komanda üçün yeni perspektivlər qazandırmaqla yanaşı, Qarabağ Universitetində icma əsaslı təhsil modelinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində görülən işlərə mühüm töhfə verib.

Tibb və sağlamlıq elmləri
Hazırkı tələbələr
Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.