Qarabağ Universitetinin müəlliminə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib
Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin Biostatistika və Ekonometriya üzrə baş müəllimi Nicat Qasımova Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi verilib.
Nicat Qasımov “Zamanla dəyişən əmsallı modellərin proqnozlaşdırma göstəricilərinin müqayisəli təhlili” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
Qarabağ Universiteti akademik heyətinin nailiyyətlərini yüksək qiymətləndirir və əməkdaşını bu mühüm uğur münasibətilə səmimi qəlbdən təbrik edir.