Tibb və sağlamlıq elmləri fakültəsi

Qarabağ Universiteti xəbərləri

Telim
Date:
Tədbirlər

Qarabağ Universitetində beynəlxalq simulyasiya təlimi keçirilib

Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin Simulyasiya Mərkəzində beynəlxalq ekspertlərin iştirakı ilə NOELLE® və Newborn Tory® simulyasiya platformaları üzrə ixtisaslaşmış təlim təşkil olunub.

Təlim çərçivəsində iştirakçılar yüksək dəqiqlikli (high-fidelity) simulyasiya texnologiyalarının tətbiqi, ssenari əsaslı öyrənmə vasitəsilə klinik qərarvermə bacarıqlarının inkişafı və təhlükəsiz təhsil mühitində praktiki kompetensiyaların gücləndirilməsi imkanları ilə tanış olublar. Sessiyalar interaktiv formatda keçirilərək tələbələrin klinik situasiyalara hazırlığını daha da möhkəmləndirib.

Simulyasiya əsaslı təhsil klinik bacarıqların inkişafı ilə yanaşı, tənqidi düşünmə və komanda işi kimi vacib kompetensiyaların formalaşmasında mühüm rol oynayır. Bu yanaşma tələbələrin real klinik mühitə daha effektiv və təhlükəsiz şəkildə adaptasiyasını təmin edir.

Qarabağ Universitetində həyata keçirilən bu kimi beynəlxalq təlim təşəbbüsləri tələbələrin müasir tibb təhsili standartlarına uyğun inkişafını dəstəkləyir və onların praktiki bacarıqlarının sistemli şəkildə təkmilləşdirilməsinə töhfə verir.

Tibb və sağlamlıq elmləri
Müəllim və əməkdaşlar
Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.