Tibb və sağlamlıq elmləri fakültəsi

Qarabağ Universiteti xəbərləri

metabolik
Date:
Tədqiqat

Qarabağ Universitetində metabolik sindrom mövzusunda elmi panel keçirilib

Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində “Metabolik sindrom: biomolekulyar mexanizmlər və klinik təqdimat” mövzusunda elmi panel təşkil olunub.

Panel çərçivəsində metabolik sindromun biomolekulyar əsasları, patofizioloji mexanizmləri və klinik tətbiqləri üzrə geniş müzakirələr aparılıb. Sessiya multidisiplinar yanaşma əsasında keçirilərək iştirakçılara mövzunun həm nəzəri, həm də praktik aspektlərini dəyərləndirmək imkanı yaradıb.

Panel tələbələrin sistemli, analitik və sübuta əsaslanan düşünmə bacarıqlarının inkişafına töhfə verən mühüm akademik platforma rolunu oynayıb. Xüsusilə elmi biliklərin gələcək klinik praktikada tətbiqinin əhəmiyyəti vurğulanıb.

Qarabağ Universitetində həyata keçirilən bu kimi akademik təşəbbüslər tələbələrin elmi baxışlarının genişləndirilməsində və onların müasir tibb təhsili standartlarına uyğun hazırlanmasında mühüm rol oynayır.

Tibb və sağlamlıq elmləri
Hazırkı tələbələr
Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.