Tibb və sağlamlıq elmləri fakültəsi

Qarabağ Universiteti xəbərləri

Date:
Tədbirlər

Belarus Respublikasının səfirinin Qarabağ Universitetinə rəsmi səfəri baş tutub

Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitry Pinevich Qarabağ Universitetinə rəsmi səfər edib.

Səfər çərçivəsində səfir Qarabağ Universiteti Klinikasının baş direktoru və Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı Samir Babayev ilə görüşüb. Görüş zamanı qonağa Klinikanın fəaliyyəti, fakültənin təhsil modeli, müasir infrastrukturu və texniki imkanları haqqında ətraflı məlumat təqdim olunub.

Görüşdə tibb təhsili, səhiyyə infrastrukturunun inkişafı və gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb. Tərəflər tibbi təhsilin keyfiyyətinin artırılması və innovativ yanaşmaların təşviqi baxımından beynəlxalq əməkdaşlıqların əhəmiyyətini xüsusi vurğulayıblar.

Qarabağ Universitetində beynəlxalq əlaqələrin gücləndirilməsi və qlobal tərəfdaşlıqların genişləndirilməsi strateji prioritetlər sırasında yer alır.

  • resmi gorush
  • resmi gorush-3
  • resmi gorush-2
  • resmi gorush-4
Tibb və sağlamlıq elmləri
Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.