Tibb və sağlamlıq elmləri fakültəsi

Qarabağ Universiteti xəbərləri

Date:
Tədbirlər

Qarabağ Universitetində Tibb bacılığı (qardaşlığı) kurikulumunun inkişafına dair seminarın açılışı olub

2026-cı il 11 fevral tarixində Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində “Tibb bacılığı (qardaşlığı) kurikulumunun inkişafı üzrə seminar”ın rəsmi açılış mərasimi keçirilib.

Seminar Qarabağ Universitetinin rektoru Şahin Bayramov və fakültənin dekanı Samir Babayev tərəfindən açıq elan olunub. Açılış çıxışlarında Azərbaycanda tibb bacılığı (qardaşlığı) təhsilinin inkişaf istiqamətləri, xüsusilə kompetensiya əsaslı təhsil və müasir səhiyyə sistemlərində peşələrarası inteqrasiyanın əhəmiyyəti vurğulanıb.

Üç gün davam edən seminar çərçivəsində Tibb bacılığı (qardaşlığı) (BSN) proqramının ikinci ili üzrə konseptual çərçivənin hazırlanması, blok strukturlarının təkmilləşdirilməsi və tədris–qiymətləndirmə modellərinin uyğunlaşdırılması istiqamətində müzakirələr aparılıb.

Bu təşəbbüs Qarabağ Universitetində beynəlxalq standartlara uyğun, müasir, sübuta əsaslanan və icma yönümlü tibb bacılığı təhsil modelinin inkişafını dəstəkləyir.

Tibb və sağlamlıq elmləri
Müəllim və əməkdaşlar
Share This:

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.