Tibb və sağlamlıq elmləri fakültəsi

Yusif Afandizada

Yusif Əfəndizadə

Əlavə vəzifəsi
Baş müəllim, NOBELab rəhbəri

Bioqrafiya

Yusif Əfəndizadə - Université Paris Cité universitetinin kimyəvi biologiya ixtisası üzrə PhD məzunu, RNTlər və gen kimyası sahəsində tədqiqatçıdır. O, hazırda QUTSEF-də qurucu akademik heyət üzvü - baş müəllim kimi fəaliyyət göstərir, tədqiqat xəttinin koordonatorudur və tədris fəaliyyəti ilə yanaşı elmi tədqiqatlarını da davam etdirir.

Dr. Əfəndizadə həmçinin QUTSEF nəzdində fəaliyyət göstərən NOBELab elmi araşdırma laboratoriyasının qurucu rəhbəridir və laboratoriyanın elmi fəaliyyətinin inkişafına töhfə verir. O, eyni zamanda Fransada yaradılmış ALIM elmi təşkilatının təsisçi üzvü və təbiət elmləri klaster rəhbəri kimi fəaliyyət göstərərək gənc tədqiqatçıların inkişafına, elmi əməkdaşlığın gücləndirilməsinə və müxtəlif tədqiqat təşəbbüslərinin təşviqinə dəstək verir.

Onun elmi maraqları əsasən nuklein turşularının kimyası, nukleozid və nukleotid kimyası, terapevtik məqsədlərə xidmət edən oliqonukleotid platformaları (ASO və siRNT) və RNT əsaslı biomolekulların kimyəvi və kemoenzimatik modifikasiyası kimi istiqamətləri əhatə edir.

Təhsili

Université Paris Cité (France) - PhD in Chemical Biology

Mükafatlar

Campus France Təqaüdü – Avropa və Xarici İşlər Nazirliyi tərəfindən (Magistratura)
Xaricdə Təhsil üzrə Dövlət Proqramı – PhD səviyyəsi

Tədqiqat maraqları

Nukleozid və nukleotid kimyası
Oliqonukleotid kimyası (ASO/siRNA platformaları)
Gen kimyası və nuklein turşularının modifikasiyası
Biokonjuqasiya və biomolekulların kimyəvi funksionallaşdırılması
Stabil modifikasiya olunmuş tRNA analoqları
Çoxmərhələli biomolekul sintezi
RNA əsaslı terapevtiklər
Bioloji qiymətləndirmə və translasiya yönümlü kimyəvi biologiya

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.