Tibb və sağlamlıq elmləri fakültəsi

Vafa Suleymanova

Vəfa Süleymanova

Əlavə vəzifəsi
Nefroloq, Müəllim

Bioqrafiya

Vəfa Süleymanova- həkim, nefrologiya üzrə mütəxəssisdir və Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində müəllim kimi fəaliyyət göstərir. O, tibbi təhsilini 2009–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibb fakültəsində almışdır. Daha sonra 2017–2021-ci illərdə İstanbul Universiteti Tibb Fakültəsində daxili xəstəliklər üzrə ixtisas təhsili, 2022–2025-ci illərdə isə eyni universitetdə nefrologiya üzrə ixtisas təhsili almışdır.

 2021–2022-ci illərdə Memorial Bahçelievler Xəstəxanasında daxili xəstəliklər üzrə mütəxəssis kimi fəaliyyət göstərmişdir. 

Onun akademik maraq sahələrinə xroniki böyrək çatışmazlığı, qlomerulonefritlər, böyrək transplantasiyası, hemodializ və periton dializi daxildir. O, həmçinin tələbələrin nəzəri biliklərinin klinik praktikaya tətbiqinin gücləndirilməsi və klinik düşüncə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Təhsili

Azərbaycan Tibb Universiteti, Tibb Fakültəsi, Bakı — Tibb təhsili
İstanbul Universiteti, Tibb Fakültəsi, İstanbul — Daxili xəstəliklər üzrə ixtisas təhsili
İstanbul Universiteti, Tibb Fakültəsi, İstanbul — Nefrologiya üzrə ixtisas təhsili

Tədqiqat maraqları

Qlomerulonefritlər - Primer və sekonder qlomerulonefritlərin immunopatogenezi, histopatoloji xüsusiyyətləri və klinik-proqnostik faktorlarının araşdırılması; xəstəliyin aktivlik və xroniklik göstəricilərinin qiymətləndirilməsi; fərdiləşdirilmiş immunosupressiv müalicə strategiyalarının optimallaşdırılması.

Böyrək transplantasiyası - Transplant sonrası erkən və gec dövr ağırlaşmalarının patofiziologiyası; residiv və de novo qlomerulyar xəstəliklərin klinik-patoloji xüsusiyyətləri; alloqreft disfunksiyasının biomarkerləri; immunosupressiv terapiyanın effektivlik və təhlükəsizlik balansının qiymətləndirilməsi.

Kəskin və xroniki böyrək çatışmazlığı - Kəskin böyrək zədələnməsinin (AKI) etiologiyası və proqnostik determinantları; xroniki böyrək xəstəliyinin (CKD) proqressiya mexanizmləri, kardiorenal və metabolik qarşılıqlı təsirləri; erkən diaqnostika və risk stratifikasiyası modellərinin təkmilləşdirilməsi.


 

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.