Tibb və sağlamlıq elmləri fakültəsi

Turkan Nabiyeva

Türkan Nəbiyeva

Əlavə vəzifəsi
Həkim-anestezioloq və reanimatoloq
Müəllim

Bioqrafiya

Türkan Nəbiyeva - Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində müəllimdir. O, Azərbaycan Tibb Universitetinin məzunudur. Ali təhsilini başa vurduqdan sonra İstanbul Sağlık Bilimleri Üniversitesi Haydarpaşa Numune Eğitim ve Araştırma Hastanesində anesteziologiya və reanimatologiya ixtisası üzrə uzmanlıq təhsili almışdır. 

Klinik fəaliyyətini uzman həkim anestezioloq-reanimatoloq kimi davam etdirmiş, eyni zamanda tibbi təhsil və klinik hazırlıq sahəsində akademik fəaliyyət göstərmişdir. Onun peşəkar və akademik maraq sahələrinə klinik tibbin müxtəlif istiqamətləri, tələbələrin klinik bacarıqlarının inkişaf etdirilməsi və tibbi təhsil prosesinin təkmilləşdirilməsi daxildir.


 

Təhsili

Azərbaycan Tibb Universiteti — Müalicə və profilaktika həkimi (2011)
Sağlıq Elmləri Universiteti, Haydarpaşa Numune Tədris və Tədqiqat Xəstəxanası — Uzmanlıq təhsili, Anesteziologiya və Reanimatologiya (2013-2018)

Mükafatlar

Nümunəvi fəaliyyətə görə təşəkkürnamə təqdim edilmişdir (2023)
Nümunəvi fəaliyyətə görə, Respublika Klinik Xəstəxanası tərəfindən təşəkkürnamə təqdim edilmişdir (2024)

Tədqiqat maraqları

Elmi tədqiqat fəaliyyətim tibb sahəsində aktual elmi mənbələrin izlənilməsi, sübuta əsaslanan məlumatların öyrənilməsi və onların tədris və praktiki fəaliyyətə tətbiqinə yönəldilmişdir.

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.