Turanə Türkoğlu
Bioqrafiya
Turanə Türkoğlu - Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsində müəllim və Baş Direktorun Tibb Bacılığı işləri üzrə Direktor Müavini kimi fəaliyyət göstərir. O,Ankara Universiteti (2014) daha sonra Magistr üzrə Eskişehir Osmangazi Universiteti (2019) mamalıq üzrə ixtisas təhsili almışdır.
Turanə Türkoğlunun elmi maraq sahələrinə neonatal və erkən uşaq sağlamlığı, ana südü və laktasiya üzrə klinik və ictimai tədqiqatlar, ictimai sağlamlıq və profilaktik səhiyyə xidmətləri, həmçinin tibb bacılığı və mamalıq xidmətlərinin inkişafı və modelləri daxildir.
Turanə Türkoğlu akademik fəaliyyətini praktik təcrübə ilə birləşdirərək tələbələrin klinik bacarıqlarının inkişafına, simulyasiya əsaslı tədris metodlarının tətbiqinə və tibb və tibb bacılığı/qardaşlığı təhsilinin kurikulum modellərinin təkmilləşdirilməsinə töhfə verir. O, həmçinin akademiya–klinika inteqrasiyası və səhiyyə işçilərinin davamlı peşəkar inkişafı istiqamətlərində fəal iştirak edir.
Təhsili
Ankara Universiteti - Mamalıq işi (2014)
Eskişehir Osmangazi Universiteti - Mamalıq işi (2019)
Tədqiqat maraqları
Ana südü və laktasiya üzrə klinik və ictimai tədqiqatlar
Yenidoğulmuş və erkən uşaq sağlamlığı (Neonatal and Child Health)
İctimai sağlamlıq və profilaktik səhiyyə xidmətləri
Tibb bacılığı və mamalıq xidmətlərinin inkişafı və modelləri
Xəstə təhlükəsizliyi və səhiyyədə keyfiyyət standartları
Xəstəxana akkreditasiyası və səhiyyə keyfiyyət idarəetməsi
Səhiyyə sistemlərinin idarə olunması və təşkilati modellər
Tibb və tibb bacılığı təhsilinin inkişafı və kurikulum modelləri
Akademiya–klinika inteqrasiyası (təhsil və klinik xidmətlərin inteqrasiya modelləri)
Simulyasiya əsaslı tibb və tibb bacılığı təhsili
Peşəkar kompetensiyaların və klinik bacarıqların inkişafı
Səhiyyə işçilərinin təlimi və davamlı peşəkar inkişafı