Tibb və sağlamlıq elmləri fakültəsi

Turan Tahirli

Turan Tahirli

Əlavə vəzifəsi
Təcili Tibbi Yardım şöbəsinin müdiri, Baş müəllim

Bioqrafiya

Turan Tahirli - hazırda Qarabağ Universitetinin Klinikasında Təcili Tibbi Yardım şöbəsinin müdiri və Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində baş müəllim kimi fəaliyyət göstərir.Peşəkar fəaliyyəti çərçivəsində o, Ankara Atatürk Elmi Tədqiqat Xəstəxanasında klinik təcrübə qazanmışdır.

2021–2023-cü illərdə MEDICANA International İzmir Hospitalında Təcili Tibbi Yardım üzrə uzman həkim,
2023–2025-ci illərdə isə Yeni Klinikada Təcili Tibbi Yardım şöbəsinin müdiri kimi çalışmışdır.

Yeni Klinikada fəaliyyət göstərdiyi dövrdə TƏBİB Akademiyası tərəfindən təşkil olunan bir sıra tibbi təlimlərdə rəhbər və moderator kimi iştirak etmişdir.

Akademik fəaliyyəti çərçivəsində Turan Tahirli təcili tibbi yardım sahəsində nəzəri biliklərlə klinik təcrübənin inteqrasiyasına xüsusi önəm verir.

O, fakültədə tədris prosesinin praktik yönümlü təşkilinə, simulyasiya əsaslı təlimlərin təşviqinə və tələbələrin klinik qərarvermə bacarıqlarının inkişafına töhfə verir.

Təhsili

Azərbaycan Tibb Universiteti — Tibb fakültəsi (2008–2014)
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu – Rezidentura təhsili
Ege Universiteti Tibb Fakültəsi Xəstəxanası – Təcili Tibbi Yardım üzrə uzmanlıq təhsili (2014–2021)

Mükafatlar

American Heart Association – Əsas Həyat Dəstəyi (Basic Life Support – BLS) sertifikatı
American Heart Association – İrəli Kardiovaskulyar Həyat Dəstəyi (Advanced Cardiovascular Life Support – ACLS) sertifikatı
Türkiye Acil Tıp Uzmanları Derneği – üzv

Tədqiqat maraqları

Ağır xəstələrin idarə olunması
Travmalı xəstəyə yanaşma
Təcili resüsitasiya
Ürək və tənəffüs mənşəli təxirəsalınmaz hallar
Təcili ultrasonoqrafiya
Exokardioqrafiya

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.