Bioqrafiya
Şirxan Əmikişiyev - daxili xəstəliklər və revmatologiya üzrə ixtisaslaşmış həkim-alimdir. Azərbaycan Tibb Universitetində baza tibb təhsilini başa vurduqdan sonra İstanbul Tibb Fakültəsində daxili xəstəliklər və revmatologiya üzrə ixtisaslaşmış, sonrakı illərdə klinik və akademik fəaliyyətini Türkiyənin aparıcı tibb müəssisələrində davam etdirmişdir.
Hazırda Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsində müəllim və tədqiqatçı kimi fəaliyyət göstərən Dr. Əmikişiyevin elmi maraq dairəsinə revmatologiya, sistemik autoimmun və autoinflamatuar xəstəliklər, klinik immunologiya və tibbi təhsildə klinik yanaşmaların inkişafı daxildir. O, beynəlxalq indeksli jurnallarda dərc olunmuş elmi məqalələri və nüfuzlu beynəlxalq konqreslərdə təqdim olunmuş işləri ilə tanınır.
Təhsili
Azərbaycan Tibb Universiteti, Müalicə işi və profilaktika fakültəsi, (2005–2011)
İstanbul Universiteti İstanbul Tibb Fakültəsi, Daxili xəstəliklər kafedrası üzrə ixtisaslaşma (rezidentura), (2013–2017)
İstanbul Universiteti İstanbul Tibb Fakültəsi, Revmatologiya kafedrası üzrə yandal ixtisaslaşma (subixtisaslaşma), (2018–2022)
Mükafatlar
“COVID-19 ilə əlaqəli pulmonar makrofaq aktivasiya sindromunda ilkin meyarların araşdırılması” — Ənənəvi Daxili Xəstəliklər Günləri – İnteraktiv Yenilənmə 2022, İstanbul Tibb Fakültəsi — Şifahi məruzə üzrə birinci yer mükafatı (2022)
“Pulmonar arterial hipertenziyası olan sistemik sklerozlu pasiyentlərdə mortalite və əlaqəli amillər: tək mərkəzdə 44 xəstənin analizi” — Revmatologiyada Hədəf 2023 Simpoziumu — Şifahi məruzə üzrə birinci yer mükafatı (2023)
Tədqiqat maraqları
Revmatologiya və daxili xəstəliklər üzrə klinik tədqiqatlar
Sistemik skleroz (skleroderma): xəstəlik aktivliyi, rituksimab müalicəsi, pulmonar hipertenziya və renal kriz
İnterstisial ağciyər zədələnməsi (ILD) və progresiv ağciyər tutulumu
Otoinflamatuar xəstəliklər və genetik fenotiplər (MEFV, NLRP1 və s.)
Herediter periodik qızdırma sindromları və genetik diaqnostika
Behçet xəstəliyi: NETosis, xəstəlik aktivliyi və genetik əlaqələr
COVID-19 və hiperinflamasiya (MAS), müalicə cavabının proqnozlaşdırılması
Revmatoloji xəstəliklərdə infeksiya və ağırlaşmalar
Birləşdirici toxuma xəstəliklərində pulmonar hipertenziya
Klinik immunologiya və sistemik autoinflamasiya
Hematoloji xəstələrdə infeksiya (xüsusilə çoxsaylı mieloma və transplantasiya dövrü)
Klinik qidalanma və malnutrisiya
Metabolik sindrom və endotel disfunksiyası (D vitamini, adropin)
Vaka təqdimatları və nadir klinik halların analizi