Tibb və sağlamlıq elmləri fakültəsi

Nijat Gasim

Nicat Qasım

Əlavə vəzifəsi
Baş müəllim

Bioqrafiya

Nicat Qasım, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsində biostatistika və ekonometrika sahəsində baş müəllim kimi fəaliyyət göstərir. O, Bakı Dövlət Universitetində İqtisadi Kibernetika üzrə bakalavr təhsili almış, Doqquz Eylül Universitetində Ekonometrika üzrə magistr və doktorantura təhsilini tamamlamışdır. 

Onun tədqiqat sahələri tətbiqi ekonometrika, xətti və qeyri-xətti zaman sıraları, maliyyə ekonometrikası, panel verilənlər analizi, enerji, ətraf mühit və səhiyyə iqtisadiyyatı  ilə yanaşı biostatistika istiqamətlərini əhatə edir.

Təhsili

Doktorantura (2023) – Doqquz Eylül Universiteti, İqtisadiyyat və Ekonometrika
Magistr (2013) – Doqquz Eylül Universiteti, Ekonometrika
Bakalavr (2010) – Bakı Dövlət Universiteti, İqtisadi Kibernetika

Tədqiqat maraqları

Tətbiqi ekonometrika və ekonometrik modelləşdirmə
Xətti və Qeyri-xətti Zaman sırası və Panel verilənlər üzrə analiz
Makroiqtisadi və maliyyə proseslərinin empirik tədqiqi
Enerji və ətraf mühit iqtisadiyyatı
Səhiyyə iqtisadiyyatı, biostatistika və tibbi verilənlərin analizi
Demoqrafik və sosial-iqtisadi göstəricilərin statistik tədqiqi

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.