Bioqrafiya
Müşfiq Orucov - tibb üzrə fəlsəfə doktoru, dosent, Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsində Təməl Tibb Elmləri bölməsinin rəhbəri və Qarabağ Universitetinin Klinikasında həkim-patoloq kimi fəaliyyət göstərir. O, Azərbaycan Tibb Universitetində (ATU) tibbi təhsil almış və həmin universitetdə doktorantura təhsilini tamamlamışdır.
2002-2025-ci illər ərzində ATU-nun Histologiya, İnsan anatomiyası və Patologiya kafedralarında assistent, baş müəllim, dosent və tədris hissə müdiri vəzifələrində çalışmışdır.
2019-2025-ci illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri olmuşdur.
2013-2014-cü illərdə Xəzər Universitetində departament rəhbəri kimi fəaliyyət göstərmişdir.
2018-2019-cu illərdə Fulbright təqaüdçüsü kimi ABŞ-nin Klivlend Klinikasında elmi ezamiyyətdə olmuşdur.
Onun elmi maraq sahələri əsasən qaraciyər patologiyası və sinir sisteminin morfologiyası ilə bağlıdır.
Təhsili
Azərbaycan Tibb Universiteti (1992–1998)
Azərbaycan Tibb Universiteti (1998–2001)
Tədqiqat maraqları
Qaraciyər patologiyası
Sinir sisteminin morfologiyası