Bioqrafiya
Güləm Qasımova, həkim, daxili xəstəliklər üzrə mütəxəssisdir və Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsində müəllim kimi və Bacarıq xəttinin koordinatoru kimi fəaliyyət göstərir.
O, 2010–2016-cı illərdə Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə ali tibbi təhsil almış, 2018–2023-cü illərdə isə İstanbul Universiteti İstanbul Tibb Fakültəsində daxili xəstəliklər üzrə ixtisaslaşmışdır. 2023–2025-ci illərdə Biruni Universiteti Xəstəxanasında daxili xəstəliklər üzrə mütəxəssis kimi çalışmışdır.
Onun klinik və elmi maraq sahələrinə şəkərli diabet, qalxanabənzər vəzin xəstəlikləri, hiperlipidemiya, arterial hipertoniya, metabolik mənşəli qaraciyər xəstəlikləri (MASLD), həmçinin səbəbi bilinməyən qızdırma və izah olunmayan çəki itkisi kimi kompleks daxili xəstəliklərin diaqnostikası və müalicəsi daxildir.
Təhsili
Azərbaycan Tibb Universiteti, Müalicə işi ixtisası, (2010–2016)
İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi, Daxili xəstəliklər üzrə ixtisaslaşma (rezidentura), (2018–2023)
Tədqiqat maraqları
Şəkərli diabet
Qalxanabənzər vəzin xəstəlikləri
Hiperlipidemiya
Arterial hipertoniya
Metabolik mənşəli qaraciyər xəstəlikləri (MASLD)
Həmçinin səbəbi bilinməyən qızdırma və izah olunmayan çəki itkisi kimi kompleks daxili xəstəliklərin diaqnostikası və müalicəsi