Tibb və sağlamlıq elmləri fakültəsi

Emil Mukhtarov

Emil Muxtarov

Əlavə vəzifəsi
Uroloq, Tibb Proqramı Proqram Direktoru

Bioqrafiya

Emil Muxtarov - uzman uroloq, Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsində akademik fəaliyyət göstərən həkim müəllimdir. O, Azərbaycan Tibb Universitetində ali tibbi təhsil almış, klinik tibbin müxtəlif sahələrində çalışmış və elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. Dr. Emil Muxtarov – tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru), uroloq androloq və uroloq onkoloq olaraq tanınır. 1973 cü ildə Bakı şəhərində anadan olmuş, 1996 cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1996–2002-ci illərdə universitetdə elmi işçi, sonrakı dövrdə kafedra assistenti kimi çalışmış, 2003–2008-ci illərdə Ege Universitetinin Tibb Fakültəsində urologiya üzrə uzmanlıq təhsilini tamamlamışdır.

2009–2014-cü illərdə müxtəlif tibb müəssisələrində uroloq androloq və uroloq onkoloq kimi fəaliyyət göstərmiş, eyni zamanda tibb təhsili prosesinə töhfə vermişdir. O, bir sıra tibb müəssisələrində rəhbər vəzifələrdə çalışmış, 2011-ci ildə “İlin uroloqu” adına layiq görülmüşdür. 2019–2020-ci illərdə Səudiyyə Ərəbistanında konsultant uroloq kimi fəaliyyət göstərərək rezident hazırlığında iştirak etmişdir. Dr. Emil Muxtarov Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin vitse prezidenti olmaqla yanaşı, bir neçə yerli və beynəlxalq tibbi təşkilatın üzvüdür.

4 səmərələşdirici təklif və 2 metodik tövsiyyələrin müəllifidir.

Təhsili

Azərbaycan Tibb Universiteti, 1996 – Həkim
Ali Attestasiya Komissiyası, 2003 – Tibb üzrə elmlər namizədi

Mükafatlar

İlin uroloqu - 2011

Tədqiqat maraqları

Sidik-ifrazat sistemi daş xəstəlikləri
Uroloji onkologiya 
Andrologiya
Endourologiya

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.