Tibb və sağlamlıq elmləri fakültəsi

Dursun Hasanov

Dursun Həsənov

Əlavə vəzifəsi
Müəllim, radioloq

Bioqrafiya

Dursun Həsənov - Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində müəllim və radiologiya şöbəsində fəaliyyət göstərən həkimdir. O, Azərbaycan Tibb Universitetində ali tibbi təhsil almış, rezidentura təhsilini  Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında radiologiya ixtisası üzrə tamamlamışdır.

Onun elmi və klinik maraq istiqamətləri invaziv radiologiya, eləcə də diaqnostik metodlardan olan rentgen, kompüter tomoqrafiyası (KT), ultrasəs müayinəsi (USM),  rəngli Doppler ultrasəs müayinəsi (RDUS),  mammoqrafiya (MG)   və maqnit rezonans tomoqrafiyası (MRT) kimi müasir diaqnostik görüntüləmə üsullarının klinik praktikada tətbiqini əhatə edir.

Təhsili

Bakalavr (2011-2017) - Azərbaycan Tibb Universiteti
Rezidentura (2017-2021) - Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

Tədqiqat maraqları

İntervensional radiologiya

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.