Tibb və sağlamlıq elmləri fakültəsi

Ayten Ismayilova

Aytən İsmayılova

Əlavə vəzifəsi
Pulmonoloq, Müəllim

Bioqrafiya

Aytən İsmayılova - pulmonologiya üzrə ixtisaslaşmış həkimdir və Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsində akademik fəaliyyət göstərir. O, Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsini bitirmiş, daha sonra İstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsində Ağciyər xəstəlikləri ixtisası üzrə təhsil almışdır. Peşəkar fəaliyyətini Maltepe Universiteti Tibb Fakültəsi Xəstəxanasında davam etdirərək həm klinik, həm də akademik istiqamətdə fəaliyyət göstərmişdir.

Dr. İsmayılovanın elmi və klinik maraq sahələrinə allergik astma, perenial və mövsümi allergik rinit, ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX), obstruktiv yuxu apnoe sindromu və yuxu ilə əlaqəli tənəffüs pozğunluqları, pulmonar tromboemboliya, pnevmoniya və digər respirator infeksiyalar, interstisial ağciyər xəstəlikləri, allergik bronxopulmonar aspergilloz, həmçinin ağciyər xərçəngi daxildir.

O, tənəffüs sistemi xəstəlikləri sahəsində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olur, elmi nəticələrini yerli və beynəlxalq elmi platformalarda təqdim edir və beynəlxalq konqreslərdə fəal iştirak edir.

Təhsili

Azərbaycan Tibb Universiteti, Müalicə-Profilaktika Fakültəsi (1998–2004)
İstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsi, Ağciyər Xəstəlikləri Kafedrası (2019–2024)

Mükafatlar

 Türk Toraks Derneği 26-cı İllik Konqresi, Yuxuda tənəffüs pozğunluqları araşdırma qrupunda III yer mükafatı.

Tədqiqat maraqları

Allergik astma
Obstruktiv yuxu apnoesi
AXOX (Ağciyər Xroniki Obstruktiv Xəstəlikləri)
İnterstisyal ağciyər xəstəlikləri
Sarkoidoz

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.