Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn dünya ölkələrinin iqtisadi fəaliyyətinin və siyasi-coğrafi quruluşunun məkan qanunauyğunluqlarını öyrənir. İqtisadi Coğrafiya hissəsində dünya ölkələrinin iqtisadi fəaliyyətinin məkan qanunauyğunluqları, istehsal sahələrinin və xidmət sektorunun yerləşməsi prinsipləri, kənd təsərrüfatı və sənaye bölgüləri, beynəlxalq ticarət əlaqələri və qlobal iqtisadi inteqrasiya prosesləri araşdırılır. Siyasi Coğrafiya hissəsində isə dövlətlərin ərazi quruluşu, sərhəd və geosiyasi münasibətlər, regional münaqişələr, beynəlxalq təşkilatların fəaliyyəti və onların dünya siyasətində rolu təhlil edilir. Fənn tələbələrə iqtisadi və siyasi proseslərin qarşılıqlı təsirini anlamaq, ölkə və regionların inkişaf dinamikasını qiymətləndirmək, xəritələr üzərində iqtisadi-siyasi dəyişiklikləri izah etmək bacarığı qazandırır. Bu fənn gələcəyin coğrafiya müəllimlərinə qloballaşma şəraitində iqtisadi-siyasi mövzuları tədrisdə tətbiq etməyi aşılayır.