Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn insan cəmiyyətlərinin məkan təşkilini, sosial-iqtisadi fəaliyyətlərin coğrafi paylanmasını və insanların təbii mühitlə qarşılıqlı əlaqəsini öyrənir. Fənnin əsas məqsədi əhali, məskunlaşma, iqtisadi fəaliyyət, mədəniyyət və sosial strukturların coğrafi baxımdan təhlilini mənimsətməkdir. Fənn çərçivəsində əhali coğrafiyası, şəhər və kənd məskunlaşması, iqtisadiyyatın müxtəlif sahələrinin məkan təşkili, mədəniyyət coğrafiyası və qloballaşmanın təsirləri kimi mövzular araşdırılır, sosial və iqtisadi proseslərin regionlar üzrə fərqliliyi, urbanizasiya və miqrasiya prosesləri təhlil edilir. Fənn gələcəyin müəllimlərində sosial-iqtisadi hadisələri xəritələr, statistik göstəricilər və məkan analiz metodları vasitəsilə şərh etmək, insan fəaliyyətinin ətraf mühitə təsirlərini qiymətləndirmək və əldə edilən nəticələri pedaqoji fəaliyyətlərində tətbiq etmək bacarıqları formalaşdırır.