Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn insan orqanizminin quruluşu və funksiyalarını öyrənməyə həsr olunmuşdur. Fənn çərçivəsində tələbələr hüceyrə, toxuma, orqan və orqan sistemlərinin anatomik xüsusiyyətlərini, onların normal fizioloji fəaliyyət mexanizmlərini mənimsəyirlər. Əsas diqqət orqanizmdə homeostazın təmin olunmasına, sinir, qan-damar, tənəffüs, həzm, ifrazat və digər sistemlərin qarşılıqlı əlaqəsinə yönəldilir. Tələbələr sağlamlığın qorunması və həyat fəaliyyətinin düzgün təşkilində anatomiya və fiziologiyanın rolunu dərk edir, bu bilikləri tədris prosesində tətbiq etməyi öyrənirlər. Məqsəd tələbələrdə insan orqanizminin normal quruluşu və funksional fəaliyyətinə dair əsas nəzəri bilik və praktik bacarıqları formalaşdırmaqdır.