Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin tipi
University Core
Fənnin təsviri
İlkin tibbi yardım kursu gələcək pedaqoqları məktəb şəraitində tibbi fövqəladə hallara effektiv reaksiya vermək, bu sahədə zəruri bacarıq və biliklərlə təchiz etmək üçün hazırlanmışdır. Dinləyicilər şagirdlər və işçilər arasında baş verə biləcək ümumi xəsarət və xəstəlikləri necə qiymətləndirməyi və zərərçəkən şəxsə dərhal qayğı göstərməyi öyrənirlər. Mövzulara əsas ilkin tibbi yardım üsulları, ürək-ağciyər reanimasiyası, boğulma hadisələrinin idarə edilməsi, allergik reaksiyaların aradan qaldırılması və ümumi narahatlıq əlamətlərinin müəyyən edilməsi daxildir. Təcrübi təlimlər və məktəb mühitinə uyğun ssenarilər vasitəsi ilə iştirakçılar tibbi fövqəladə halları bacarıqla idarə etmək səriştəsinə yiyələnir, həmkarlarının təhlükəsizliyini və rifahını təmin etmək bacarığına yiyələnirlər. Bu kurs gələcək müəllimlərə kritik situasiyalarda çevik və inamla davranmaq, məktəb daxilində qəza zamanı zərərçəkənlərin həyatını xilas etmək vərdişləri aşılayır.