Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu blok əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, ilkin səhiyyə xidməti sisteminin təşkili, profilaktik tədbirlərin planlaşdırılması və icma səviyyəsində sağlamlığın təşviqinə yönəlib. Səhiyyə siyasəti, səhiyyə tədqiqatları və epidemioloji məlumatların təhlili üzrə analitik və praktik bacarıqlar inkişaf etdirilir. İlkin səhiyyə sistemlərinin gücləndirilməsi, xidmət keyfiyyətinin artırılması və sübuta əsaslanan qərarvermə mədəniyyətinin formalaşdırılması əsas məqsədlər sırasındadır.
İctimai səhiyyə çərçivəsində tələbələr səhiyyə sisteminin təşkili, sağlamlıq göstəricilərinin monitorinqi, xəstəliklərin profilaktikası və səhiyyə proqramlarının qiymətləndirilməsini öyrənirlər.
Ailə təbabəti üzrə ailə və fərd yönümlü qayğı modelləri, xroniki xəstəliklərin izlənməsi, pasiyent–ailə münasibətlərində etik yanaşmalar və icma əsaslı fəaliyyətlərin koordinasiyası mənimsənilir.
Təcili tibbi yardım sahəsində isə ilk yardım, triaj, risk kommunikasiyası və fövqəladə hallarda icma səviyyəsində tibbi yardımın təşkili üzrə kompetensiyalar formalaşdırılır.