Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu blok çərçivəsində tələbələr icma səviyyəsində səhiyyə fəaliyyətlərində iştirak edirlər: ilkin səhiyyə müəssisələrində pasiyent qəbulunun aparılması, yönləndirmələrin təşkili, icma əsaslı tədqiqatlarda və sağlamlıq təhsili müdaxilələrində iştirak. Məqsəd tibbi praktikanın sosial, etik və sistem səviyyəli aspektlərini praktik təcrübə ilə əlaqələndirməkdir.
Ailə təbabəti üzrə fərdi və ailə qayğı planlaşdırılması, xroniki xəstəliklərin uzunmüddətli idarə olunması və pasiyent maarifləndirilməsi həyata keçirilir.
İctimai səhiyyə sahəsində əhali sağlamlığı göstəricilərinin təhlili, icma əsaslı tədqiqatların aparılması və profilaktik müdaxilələrin hazırlanması üzrə bacarıqlar inkişaf etdirilir.
Təcili tibbi yardım çərçivəsində isə fövqəladə hallarda ilk yardım, hadisə yerində qiymətləndirmə və icma səviyyəsində koordinasiyalı tibbi yardımın təşkili üzrə praktiki təcrübə qazanılır.