Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn gələcək pedaqoqları ibtidai sinif şagirdlərinə elmin səmərəli öyrədilməsi üçün lazım olan pedaqoji bilik və bacarıqları mənimsədir. Fənnin tədrisi prosesində öyrənənləri təcrübi, sorğu-sual əsaslı təlim prosesinə cəlb etmək və onların elmi biliklərini inkişaf etdirmək üçün müvafiq strategiyalar araşdırılır. Mövzulara təbiət elmlərinin tədrisinin ibtidai siniflərə xas olan kurikulumun dizaynı, dərsin planlaşdırılması, təlim üsulları və qiymətləndirmə metodları daxildir. Təbiət elmlərinin digər fənn sahələrinə necə inteqrasiya etməsini təcrübədən keçirmək, mənimsəməni artırmaq üçün laboratoriyalardan, müasir texnologiyalardan və digər müvafiq resurslardan istifadəni öyrətmək fənnin prioritetlərinə daxildir. Bu məqsədlə praktik işlər və əksetdirici təcrübə vasitəsilə ibtidai sinif şagirdlərində maraq oyadan, tənqidi düşünmə qabiliyyəti formalaşdıran və problem həlletmə bacarıqlarını inkişaf etdirən dinamik və inklüziv dərslərin təşkili nəzərdən keçirilir.