Şamxal Əbilov
Bioqrafiya
Şamxal Əbilov Berlin Humboldt Universitetində tarix üzrə doktorantdır. O, Qafqaz Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi (2003-2008) və Leypsiq və Vyana universitetlərində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi (2009-2011) əldə etmişdir. Magistr və doktorantura təhsillərini Azərbaycanlı tələbələrin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirmişdir.
Onun akademik ixtisaslaşması beynəlxalq münasibətlər sahəsini əhatə edir. Qafqaz Universiteti və Bakı Mühəndislik Universitetində müəllim kimi fəaliyyət göstərmiş, burada Azərbaycan xarici siyasəti, beynəlxalq münasibətlər nəzəriyyələri və tədqiqat metodları kimi fənləri tədris etmişdir. Hazırda universitetimizlə əməkdaşlıq edir və eyni zamanda, Təşəbbüslər və Layihələr Mərkəzində akademik menecer və tədqiqatçı kimi çalışır.
Təhsili
- Tarix üzrə doktorant, Berlin Humboldt Universiteti (2021-dən);
- Beynəlxalq münasibətlər üzrə magistr, Leypsiq və Vyana universitetləri (2009-2011);
- Beynəlxalq münasibətlər üzrə bakalavr, Qafqaz Universiteti (2003-2008)
Mükafatlar
- Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015);
- Ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin artırılması üzrə Dövlət Proqramı (2019-2023)
Tədqiqat maraqları
Onun tədqiqat istiqamətləri Azərbaycan xarici siyasəti, keçmiş Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq vasitəçilik və sülh quruculuğu prosesləri, Xəzər dənizinin hüquqi statusu və regional geosiyasət, həmçinin millətçilikdir. Doktorluq tədqiqatı Dağlıq Qarabağ münaqişəsində üçüncü tərəfin vasitəçiliyi və sülh quruculuğu prosesinin uğursuzluğunu araşdırır. O, Insight Turkey, Europe-Asia Studies, Journal of Eurasian Studies və Energy Strategy Reviews kimi aparıcı resenziyalı jurnallarda geniş şəkildə nəşr olunmuşdur və Qarabağ, regional təhlükəsizlik və Azərbaycan dövlətçiliyi mövzularında bir neçə kitabın müəllifi və redaktorudur.