Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn Yer səthinin relyef formalarını, onların yaranma və inkişaf qanunauyğunluqlarını öyrənir. Fənn çərçivəsində daxili (tektonik, vulkanik, seysmoloji) və xarici (eroziya, akkumulyasiya, iqlim və antropogen təsirlər) proseslərin relyefə təsiri izah olunur. Tələbələr müxtəlif geomorfoloji landşaftların formalaşmasını, onların struktur və dinamik xüsusiyyətlərini öyrənir, relyef formalarını xəritələr üzərində tanımaq və təhlil etmək bacarıqları qazanır, geomorfoloji tədqiqat üsulları, sahə müşahidələri və laborator analizlər vasitəsilə relyefin inkişaf perspektivləri qiymətləndirə bilirlər. Fənn gələcəyin coğrafiya müəllimlərinə geomorfoloji biliklərin tədris, ekoloji maarifləndirmə və təbii fəlakətlərin proqnozlaşdırılması kimi sahələrdə tətbiqini aşılayır.