Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn irsiyyət və dəyişkənliyin qanunauyğunluqlarını, onların canlı orqanizmlərin quruluş və funksiyalarında, həmçinin təkamül proseslərində rolunu öyrənməyə həsr olunmuşdur. Fənn çərçivəsində tələbələr Mendel və Morqan qanunlarını, molekulyar genetikanın əsaslarını, genlərin quruluşu və funksiyalarını, gen ekspressiyasının (ifadəsinin) tənzimlənməsini, mutasiyalar və onların nəticələrini, populyasiya genetikası prinsiplərini mənimsəyirlər. Eyni zamanda müasir genetikanın biotexnologiya, seleksiya, tibbi genetika və digər tətbiqi sahələrlə əlaqəsinə xüsusi diqqət yetirilir. Məqsəd tələbələrdə irsiyyətin və dəyişkənliyin əsas mexanizmləri haqqında nəzəri biliklərin və praktiki bacarıqların formalaşdırılmasıdır.